Bank Of Baku

Qalina Starovoytovanın qətlinin sifarişçisinin həbs olunduğu iddia edilir

Qalina Starovoytovanın qətlinin sifarişçisinin həbs olunduğu iddia edilir
# 27 iyul 2009 13:24 (UTC +04:00)
Moskva-APA. Dövlət Dumasının deputatı Qalina Starovoytovanın qətl iş üzrə zərərçəkənlər Rusiya prezidentinə açıq məktub yazıblar. APA-nın məlumatına görə, məktubda cinayət işinin təhqiqinin bərpasına sərəncam verilməsi və bu işin prezident tərəfindən şəxsən nəzarətə götürülməsi xahiş edilir. Cinayət işində adı zərərçəkən kimi keçən sabiq deputatın bacısı Olqa Starovoytova və deputatın keçmiş köməkçisi Ruslan Linkov hesab edir ki, Mixail Qluşenkonun bu günlərdə yenidən həbsi ilə əlaqədar cinayət işinin təhqiqi yenidən bərpa edilməlidir. Bunun üçün təhqiqat qrupu yenidən toplanmalı və işi aparan müstəntiqlər digər işlərdən ayrılmalıdır. Starovoytova və Linkov açıq məktubda qeyd edib ki, məhkəmə dinləmələri zamanı ittiham olunan şəxslər və şahidlər dəfələrlə bildiriblər ki, cinayətin hazırlanması üçün mənzili onlara Mixail Qluşenko tapıb. Hətta şahidlərdən biri Mixail Qluşenkonu cinayətin sifarişçisi adlandırıb.

Qeyd edək ki, Dövlət Dumasının sabiq deputatı, RLDP üzvü Mixail Qluşenko iyunun 16-da Peterburqda saxlanıb. Ona Kiprdə üç nəfərin ölümünü təşkil etməkdə və dələduzluqda ittiham olunur. Dövlət Dumasının deputatı Qalina Starovoytova 1998-ci il noyabrın 20-də Sankt-Peterburqda evinin qarşısında qətlə yetirilib, onu müşayiət edən Ruslan Lunkov isə başından güllə yarası alıb. İstintaq qətli icraçısı Yuri Kolçanı ifşa edib və o 20 il müddətinə azadlıqdan məhrum edilib. Qətlin icraçılarından Vitali Akişinə 23,5, Vyaçeslav Lelyavin isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Qətllə əlaqədar daha üç nəfər haqqında beynəlxalq axtarış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR