Bank Of Baku

Qazaxıstan hökuməti ölkə vətəndaşlarını “dozun qripi”nə yoluxmaq təhlükəsi olan ölkələrə səfərdən çəkinməyə çağırıb

Qazaxıstan hökuməti ölkə vətəndaşlarını “dozun qripi”nə yoluxmaq təhlükəsi olan ölkələrə səfərdən çəkinməyə çağırıb
# 27 iyul 2009 14:57 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını və ölkədə yaşayan xarici vətəndaşları, diplomatik korpusun nümayəndələrini, konsul qeydiyyatında olan vətəndaşları A/H1N1 (“donuz qripi”) virusuna yoluxmamaq üçün qrip riski olan ölkələrə səfər etməkdən çəkinməyə çağırıb. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, səhiyyə naziri Jaksılık Dostkaliyev bildirib ki, ölkədə A/H1N1 virusuna yoluxma halları davam edir: “Lakin sevindirici haldır ki, qripin kəskin formasının qarşısı alınıb, bu günə qədər qripə yoluxanlar xəstəliyi yüngül formada keçiriblər, bir neçə gün bundan əvvəl xəstəliyə yoluxduğu güman edilən 6 nəfərdən karantin nəzarəti götürülüb”. A/H1N1 virusunun ölkəyə xaricdə istirahətdə olan tələbələr tərəfindən gətirildiyini xatırladan ,səhiyyə naziri qeyd edib ki, xaricdə təhsil alan tələbələrin siyahısı tərtib edilib, onlar ölkəyə gələn kimi qeydiyyata götürülür, həkim nəzarətindən keçdikdən sonra ailələrinə buraxılırlar. Tələbələrin böyük bir hissəsi də Qazaxıstana avqustun 18-də gələcək. Profilaktik tədbirlər üçün Astana hakimi dərman preparatlarının alınması və poliklinika və stasionar məntəqələrin tibbi heyətlərinin A/H1N1 qripindən qorunması üçün 100 min ABŞ dolları ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR