Bank Of Baku

Dağıstanda baş verən yol qəzasında 11 nəfər ölüb

Dağıstanda baş verən yol qəzasında 11 nəfər ölüb
# 28 iyul 2009 06:55 (UTC +04:00)
Dağıstan-APA. Dağıstanda baş verən yol qəzasında ölənlərin sayı 11 nəfərə çatıb. APA-nın məlumatına görə, Dağıstanın Noqay rayonunda dörd maşının toqquşması nəticəsində həlak olanların ikisi azyaşlı uşaqdır. İlkin məlumata görə, qəzaya səbəb “VAZ-2109” markalı maşının sürətlə hərəkət edərək qarşı yola çıxması olub. Hadisə Terekli-Kizlyar yolunda baş verib. Qəzanın təfərrüatları araşdırılır. Bu, son üç gündə respublikada baş verən ikinci böyük yol qəzasıdır. İyulun 250də “VAZ-2107” maşınının 300 metr hündürlükdən uçuruma yuvarlanması nəticəsində beş nəfər dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR