Bank Of Baku

Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı 8 silahlı məhv edilib

Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı 8 silahlı məhv edilib
# 28 iyul 2009 10:35 (UTC +04:00)
Bakı – APA. İyulun 28-nə keçən gecə Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı 8 silahlı şəxs məhv edilib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 03-də keçirilən əməliyyata Federal Təhlükəsizlik Xidməti və Daxili Qoşunların əməkdaşları qatılıb. Onlar Mahaçqala ilə Talqi yaşayış məntəqəsi arasındakı meşəlik ərazinin bir neçə yerində pusqu qurublar. Pusquya düşən silahlılar “təslim ol” çağırışına atəşlə cavab verdikdən sonra əməliyyat başlayıb və bir saata yaxın davam edib. Hələlik öldürülən şəxslərdən 2-nin şəxsiyyəti müəyyən edilib. Onlardan 2 avtomatlar, 3 tapança, 2 qumbaraatan, əldəqayırma partlayıcı qurğu və çoxlu sayda sursat aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR