Bank Of Baku

Tacikistan prezidenti əhalini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb

Tacikistan prezidenti əhalini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb
# 28 iyul 2009 12:03 (UTC +04:00)
Bakı-APA. Tacikistan prezidenti Emomali Rahmon ölkə əhalisini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb. APA-nın məlumatına görə, televiziya ilə fermerlərə müraciət edən prezident bildirib ki, hər bir ailənin ən azı iki illik ərzaq ehtiyatı toplaması vacibdir. O xüsusilə ailələrin buğda ehtiyatının olmasını vacib sayıb. Prezident qeyd edib ki, böhran hallarında, müxtəlif təbii fəlakətlər nəticəsində əhalinin ərzaqla təminatı başqa ölkələrdə daim problemlər yaradır: “Ekspertlər bu kimi halların hələ davam edəcəyini proqnozlaşdırırlar. Ölkə vətəndaşları, ilk növbədə heç olmasa bir parça torpağa sahib olan bunu dərk etməlidir”. Qeyd edək ki, ötən il Tacikistanda 943 min ton dənli bitkilər yığılıb. Bu bir il əvvəlki göstəricidən 15 min ton çoxdur. Bu il Tacikistanda 950 min dənli bitkilər yığılması nəzərdə tutulur. Tacikistanın buğdaya olan illik tələbatı 1,4 milyon tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR