Bank Of Baku

“Çerkizov” bazarında işləyənlər Moskva merinin istefası tələbi ilə piket keçiriblər

“Çerkizov” bazarında işləyənlər Moskva merinin istefası tələbi ilə piket keçiriblər
# 28 iyul 2009 13:20 (UTC +04:00)
Moskva-APA. “Çerkizov” bazarının əməkdaşları Moskvanın mərkəzində piket keçiriblər. APA-nın məlumatına görə, piketdə yüzə yaxın adam iştirak edib. “Sol cəbhə” hərəkatının təşkil etdiyi piketdə hakimiyyət orqanlarından bazarın fəaliyyətinin bərpası tələb olunub. Piket iştirakçıları bazarın bağlanmasından sonra minlərlə insanın işsiz qaldığını bildiriblər. Bundan başqa onlar bazardakı malların çıxara bilmədiklərindən şikayətləniblər. Piketdə “Lujkov, istefa!”, “İşimizi qaytarın!”, “İş yerlərini qaytarın!” şüarları səsləndirilib. Mitinqdə “Yabloko” partiyasının lideri Sergey Mitroxin də iştirak edib. Rusiya Miqrantlar Federasiyasının məlumatına görə, “Çerkizov” bazarının başlanması nəticəsində 100 min nəfər işsiz qalıb. Rəsmi dairələr isə bazarda cəmi 14 min nəfərin işlədiyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR