Bank Of Baku

Bu gün Moldova parlamentinə növbədənkənar seçkilər keçirilir

Bu gün Moldova parlamentinə növbədənkənar seçkilər keçirilir
# 29 iyul 2009 11:38 (UTC +04:00)
Kişinev-APA. Bu gün Moldova parlamentinə növbədənkənar seçkilər keçirilir. APA-nın məlumatına görə, seçkilərin nəticələri ölkənin növbəti dörd ildə kim tərəfindən idarə olunacağını müəyyənləşdirməyə imkan verəcək. 2001-ci ildə ölkədə parlament idarəetmə formasının tətbiqindən sonra ölkə prezidentini, parlament rəhbərliyini və hökumətin tərkibini məhz deputatlar seçirlər. Səsvermənin ilkin nəticələri gecə saatlarında məlum olacaq. Seçkilər ərəfəsində Mərkəzi Seçki Komissiyasının qərarı ilə Rusiya, Belarus və Qazaxıstandan olan beynəlxalq müşahidəçilər ölkədən çıxarılıb. MSK bu adamların ölkədə “rəngli inqilab”ın təşkilində əli olduğunu iddia edib. Bu seçkilərdə tanınmamış “Dnestryanı Respublika”nın ərazisində də 11 məntəqə yaradılıb. Separatçı bölgənin rəhbərliyi qurumun ərazisində seçkilərin keçirilməsinə razılıq verməyib, yaradılan məntəqələrdə yalnız Moldova vətəndaşlığı olan şəxslər səs verə biləcəklər. Növbədənkənar seçkilərdə 10 siyasi partiya və iki müstəqil namizəd iştirak edir. Seçkilərdə əsas mübarizənin hakim Kommunist Partiyası, Liberal Partiyası, Liberal-Demokrat Partiyası və “Bizim Moldova” alyansı arasında gedəcəyi güman olunur. Parlamentdə çoxluq təşkil edən partiya prezident və parlament rəhbərliyini seçəcək, hökumətin tərkibini təsdiqləyəcək. Keçmiş parlamentdə çoxluq təşkil edən kommunistlərin prezident Voroninin varisi Zinaida Qreçsnunu ali kürsüyə oturtmaq üçün cəmi bir səsi çatmayıb. İyunun 15-də Moldova parlamenti prezident Voroninin əmri ilə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR