Bank Of Baku

Düşənbədə Rusiya, Pakistan, Əfqanıstan və Tacikistan prezidentlərinin dördtərəfli görüşü keçiriləcək

Düşənbədə Rusiya, Pakistan, Əfqanıstan və Tacikistan prezidentlərinin dördtərəfli görüşü keçiriləcək
# 29 iyul 2009 14:45 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Rusiya prezidenti Dmitri Medveryev Tacikistan dövlət başçısı Emomali Rahmonun dəvəti ilə Sanqtudin su elektrik stansiyasının açılış mərasimində iştirak etmək üçün iyulun 30-31-də bu ölkəyə işgüzar səfər edəcək. Rusiya prezidentinin mətbuat və informasiya idarəsindən APA-nın Moskvadakı müxbirinə verilən məlumata görə, stansiyanın layihə gücü 670 meqavatdır. Bu stansiyanın tikilişinə dair Tacikistanla Rusiya arasında hökumətlərarası saziş 2004-cü ilin oktyabrında imzalanıb, bir il sonra isə stansiyanın tikilişinə başlanılıb. Səfər çərçivəsində Rusiya ilə Tacikistan arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi gözlənilir. Dmitri Medvedyev Tacikistana səfər çərçivəsində Pakistan prezidenti Asif Zərdari ilə görüşəcək, Əfqanıstan, Tacikistan və Pakistan prezidentlərinin iştirakı ilə dördtərəfli görüşdə iştirak edəcək. Görüşün nəticəsi olaraq bəyannamənin qəbul olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR