Bank Of Baku

Moldovada parlament seçkilərdə kommunistlər qalib gəlib

Moldovada parlament seçkilərdə kommunistlər qalib gəlib
# 30 iyul 2009 10:31 (UTC +04:00)
Kişinyov-APA. Moldova Mərkəzi Seçki Komissiyası bülletenlərin 75,9 faizinin hesablanmasına əsasən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, prezident Vladimir Voroninin partiyası 49,5 faiz yer toplayıb. Əgər nəticələr dəyişməsə, kommunistlər parlamentdə 101 yerdən 49-na sahib çıxacaqlar. Qeyd edək ki, Moldova prezidentinin seçilməsi üçün namizədlərdən birinin ən azı 61 millət vəkilinin səsini qazanması lazımdır. “Exit-poll”un nəticələrinə görə isə kommunistlər seçkilərdə 41,2 faiz səs toplayıblar. MSK-nın açıqladığı ilkin rəqəmlərə görə Liberal-Demokrat Partiyası 16,1 faiz, Demokrat Partiyası 13,2 faiz, Liberal Partiyası 12,6 faiz, “Bizim Moldova” alyansı 7,6 faiz səs toplayıblar. Hazırda səslərin hesablanması davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR