Bank Of Baku

Batumi-İrəvan qatarı elektrik dirəyinə çırpılıb

Batumi-İrəvan qatarı elektrik dirəyinə çırpılıb
# 30 iyul 2009 11:57 (UTC +04:00)
Bakı – APA. Batumi-İrəvan marşrutu ilə hərəkət edən qatar yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iyulun 30-na keçən gecə baş verən insident zamanı zərər çəkən olmayıb. Ermənistan Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, güclü yağış Vanadzor rayonu ərazisində zəncirvari qəzalara səbəb olub. Belə ki, Spitak-Gümrü yolunun 2-ci kilometrliyindəki tuneldən qaya parçası qoparaq elektrik dirəyini zədələyib. Nəticədə dirək yaxınlıqdakı dəmir yoluna düşüb. Dəmir yolu ilə hərəkət edən qatar da məhz bu dirəyə dəyib. Qatarın vaqonları teplovoz vasitəsilə Gümrü stansiyasına aparılıb. Dəmir yolunda hərəkət bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR