Bank Of Baku

Gürcüstanda ilin ən irimiqyaslı hərbi təlimləri başlayıb

Gürcüstanda ilin ən irimiqyaslı hərbi təlimləri başlayıb
# 30 iyul 2009 12:44 (UTC +04:00)
Tiflis-APA. Orfolo hərbi təlim mərkəzində Gürcüstan Silahlı Qüvvələrinin illik ən genişmiqyaslı təlimləri başlayıb. APA-nın məlumatına görə, “Qalxan-2009” şərti adı altında keçirilən təlimləri prezident Saakaşvili və diplomatik missiyaların hərbi attaşeləri də izləyir. Təlim planına əsasən manevrlərə 1100 hərbçi, T-72 tankları, artilleriya qurğuları və aviasiya cəlb olunub. Təlim ssenarisinə əsasən, Gürcüstan iki istiqamətdən hücuma məruz qalır. Hərbçilər hücumun qarşısını almalı, əks-hücuma keçməli və müdafiə xəttini bərpa etməlidirlər. Gürcüstan ordusu bu zaman təcavüzkar ordunun şəxsi heyətinin 80 faizini məhv etməlidir. Qeyd edək ki, 2009-cu ilin mayında Gürcüstanda NATO-nun himayəsi altında Longbow 09/Cooperative Lancer 09 hərbi təlimləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR