Bank Of Baku

Beynəlxalq müşahidəçilər Moldova parlamentinə seçkilərin gedişini müsbət qiymətləndiriblər

Beynəlxalq müşahidəçilər Moldova parlamentinə seçkilərin gedişini müsbət qiymətləndiriblər
# 30 iyul 2009 13:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Beynəlxalq müşahidəçilər Moldovada keçirilən növbədənkənar parlament seçkilərini müsbət qiymətləndiriblər. APA-nın məlumatına görə, bu gün seçkilərin gedişini izləmiş ATƏT müşahidə missiyasının ilkin rəyi açıqlanıb. Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Marian-Jan Marinesku bildirib ki, seçkilərin beynəlxalq standartlara tam cavab verdiyini söyləyə bilmədiyinə təəccüblənir: “Bununla belə seçkilərə verilən ümumi qiymət müsbətdir”. AŞ PA-nın müşahidə missiyasının rəhbəri Mövlud Çavuşoğlu da seçkilərin yaxşı təşkil olunduğunu, insanların öz iradəsini sərbəst ifadə etməyə şərait yaradıldığını deyib: “Bununla belə müşahidələr zamanı bəzi çatışmazlıqlar da üzə çıxıb ki, bu da əsasən bəzi hallarda seçici siyahılarında yol verilən yanlışlıqlarla bağlıdır. Müsbət məqamlardan biri kütləvi informasiya vasitələrinin seçicilərə bütün namizədlər haqqında informasiya təqdim etməsidir. Lakin əsas telekanallar bu məsələdə balansı qoruya bilməyib və hakim partiyanın namizədlərinə üstünlük veriblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR