Bank Of Baku

Ukraynada 2000-ci ildə öldürülərək naməlum yerdə basdırılmış jurnalist Georgi Qonqadzenin dişləri tapılıb

Ukraynada 2000-ci ildə öldürülərək naməlum yerdə basdırılmış jurnalist Georgi Qonqadzenin dişləri tapılıb
# 30 iyul 2009 15:23 (UTC +04:00)
Bakı – APA. Ukrayna Baş Prokurorluğunun müstəntiqləri 2000-ci ildə qətlə yetirilərək naməlum bir yerdə basdırılmış jurnalist Georgi Qonqadzenin dişlərinin tapıblar. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “Seqodnya” qəzeti Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb. Jurnalistin dişləri Kiyev vilayətinin Beloserkovsk rayonunun Suxolisı kəndi yaxınlığında aşkarlanıb. Bir gün əvvəl burada G. Qonqadzenin olduğu güman edilən kəllə sümüyünün fraqmentləri də tapılıb. Ərazidə kənd təsərrüfatı texnikası işlədiyindən kəllə sümüyü parçalanıb. Sümüyün G. Qonqadzeyə məxsus olub-olmadığını dəqiqləşdirmək üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, G. Qonqadzenin basdırıldığı yeri istintaqa iyulun 22-də yaxalanmış Ukrayna Daxili İşlər Nazirliyinin sabiq generalı Aleksey Pukaç deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR