Bank Of Baku

İnquşetiya prezidenti vəzifəsini icra etməyə hazır olduğunu deyib

İnquşetiya prezidenti vəzifəsini icra etməyə hazır olduğunu deyib
# 30 iyul 2009 15:48 (UTC +04:00)
Nazran-APA. Tacikistana işgüzar səfərə gedən Rusiya prezidenti Dmitri Medvedyev təyyarədən İnquşetiya prezidenti Yunusbek Yevkurova zəng edərək onu 46 yaşının tamam olması münasibətilə təbrik edib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Yevkurov dövlət başçısına iş başına keçməyə hazır olduğunu deyib: “Özümü yaxşı hiss edirəm, artıq sağalmaq üzrəyəm və İnquşetiya prezidentinin səlahiyyətlərini icra etməyə hazıram”. Qeyd edək ki, Rusiya prezidenti xəstəxanada yatan İnquşetiya prezidentinə bir neçə dəfə baş çəkib. Yunusbek Yevkurova iyunun 22-də sui-qəsd edilib. Onun maşını “Qafqaz” şosesi ilə hərəkət edərkən yaxınlıqda dayanmış və içərisində 70 kiloqram partlayıcı olan avtomobil uzaqdan idarəetmə üsulu ilə partladılıb. Hadisə nəticəsində iki nəfər ölüb, prezident Yevkurov isə ağır yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR