Bank Of Baku

Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi ilə sərhədində partlayış baş verib

Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi ilə sərhədində partlayış baş verib
# 30 iyul 2009 16:57 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi ilə sərhədində partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Gürcüstanın “Rustavi-2” telekanalının yaydığı ilkin məlumatda bildirilib ki, Axalqorsk rayonunda baş verən partlayış nəticəsində 59 yaşlı yerli sakin Qoqita Qitauri həlak olub, onun 11 və 8 yaşlı övladları ağır yaralanıb. Onlar dərhal Tiflisə aparılıb və üzərlərində cərrahiyyə əməliyyatı keçirilib.
Daha sonra Gürcüstan İctimai Televiziyası hadisənin Axalqorsk rayonunda deyil, qonşu Duşetsk rayonunun Qremisxevi kəndində baş verməsi haqda məlumat yayıb. Qiqaurinin ailəsi avtomobillə Duşetsk rayonunun Tserovani kəndinə gedirmiş. Onlar su içmək məqsədilə Qremisxevi kəndində maşını saxlayarkən partlayış baş verib. Sükan arxasında olan ailə başçısı həlak olub, xanımı və iki övladı isə yaralanıb.
Hazırda minaaxtaranlar ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR