Bank Of Baku

Moldova kommunistləri parlamentdəki üstünlüklərini itiriblər

Moldova kommunistləri parlamentdəki üstünlüklərini itiriblər
# 31 iyul 2009 10:26 (UTC +04:00)
Bakı – APA. Moldovada keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn olmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bülletenlərin 98%-i sayıldıqdan sonra hakimiyyətdəki kommunistlərin 45,1%, Liberal-Demokrat Partiyasının 16,4%, Liberal Partiyasının 14,4%, Demokrat Partiyasının 12,6%, “Bizim Moldova” blokunun isə 7,4% səs topladığı açıqlanıb. Seçkilərin ən önəmli nəticəsi kommunistlərin parlamentdə çoxluğu itirməsidir. Belə ki, kommunistlər 101 yerlik parlamentdə 48 yer, müxalifət isə ümumilikdə 53 yer qazanıb. Müşahidəçilər bunu pat vəziyyəti kimi qiymətləndirirlər. Belə ki, nə kommunistlər, nə də müxalifət öz səsi ilə prezident seçə bilməz. Bunun üçün 61 səs tələb olunur. Əgər tərəflər arasına razılaşma olmasa, ölkədə yeni parlament seçkilərinin keçirilməsi labüddür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR