Bank Of Baku

Gürcüstanda yeni Ombudsman seçilib

Gürcüstanda yeni Ombudsman seçilib
# 01 avqust 2009 06:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamenti iyulun 31-də 5 il müddətinə yeni Ombudsman seçib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, yeni Ombudsman parlamentin çoxluq təşkil edən deputat fraksiyası tərəfindən irəli sürdüyü namizəd Georgi Tuquşidir. Ombudsman vəzifəsi uğrunda mübarizə, əsasən, iki namizəd arasında gedib. Azlıq təşkil edən deputatların namizədi Dmitri Lordkipanidze 14 səs toplaya bilib. G. Tuquşi isə 88 səs alıb.

Qeyd edək ki, səsvermə zamanı zalda 9 müxalifət deputatı olub. Çoxluq təşkil edən deputatlardan 5 nəfər D. Lordkipanidzeyə səs verib. Səsvermə gizli olduğuna görə, onların kimliyi məlum deyil.

Parlamentin sədri David Bakradze yeni Ombudsmana uğurlar arzulayıb, ümidvar olduğunu bildirib ki, o öz işində prinsipial olacaq.

Xatırladaq ki, Gürcüstanın fəaliyyətdə olan Ombudsmanının səlahiyyət müddəti bu il sentyabrın 16-da başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR