Bank Of Baku

Rusiya Qırğızıstan ərazisində əlavə hərbi kontingent yerləşdirəcək

Rusiya Qırğızıstan ərazisində əlavə hərbi kontingent yerləşdirəcək
# 01 avqust 2009 07:58 (UTC +04:00)
Bakı – APA. Rusiya Qırğızıstan ərazisində əlavə hərbi kontingent yerləşdirəcək və təlim mərkəzi yaradacaq. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu məsələ iki ölkə prezidentləri Dmitri Medvedev və Kurmanbek Bakiyevin imzaladıqları Memorandumda əksini tapıb. Memoranduma əsasən Rusiya Qırğızıstana batalyon səviyyəsində əlavə hərbi kontingent göndərəcək. Noyabrın 1-nə qədər Qırğızıstanda Rusiyanın birləşmiş hərbi bazasının statusu və dislokasiya şərtləri ilə bağlı ikitərəfli saziş imzalanması nəzərdə tutulub. Sazişin müddəti 49 il olacaq.

Qeyd edək ki, hazırda Qırğızıstanın Kant aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinin bazası və daha bir neçə Rusiya hərbi obyekti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR