Bank Of Baku

Yenidən Qırğızıstan prezidenti seçilmiş Kurmanbek Bakiyev and içib

Yenidən Qırğızıstan prezidenti seçilmiş Kurmanbek Bakiyev and içib
# 02 avqust 2009 10:05 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, andiçmə mərasimi Hökumət Evində baş tutub. Mərasimdə Qırğızıstan parlamentinin deputatları, hökumət üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

K. Bakiyev parlamentə və xalqa sədaqət andı içib, bunun ardınca Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədrindən prezident vəsiqəsini və prezident simvollarını - ştandart və adının, soyadının və səlahiyyət müddətinin qeyd olunduğu döş nişanını qəbul edib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, prezident seçkilərində K. Bakiyevə seçicilərin 76,12 faizi səs verib. Onun əsas rəqibi, müxalifət qüvvələrinin namizədi, keçmiş baş nazir Almaz Atambayev isə 8,41 faiz səs toplayıb.

Lakin müxalifət seçkilərin nəticələrini tanımır. ATƏT də müxalifətin fikirlərini bölüşərək, seçkilərdə total saxtakarlığa yol verildiyini, təşkilatın tələblərinə əməl olunmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR