Bank Of Baku

Vardan Oskanyan: “Ermənistan demokratiyası qondarma və saxtadır”

Vardan Oskanyan: “Ermənistan demokratiyası qondarma və saxtadır”
# 04 avqust 2009 15:23 (UTC +04:00)
Hazırda “Sivilitas” Fonduna rəhbərlik edən sabiq nazir bildirib ki, Ermənistanda hakimiyyət orqanları azad və ədalətli seçkilər vasitəsilə formalaşdırılmır: “Azad və ədalətli seçkilər olmadan biz siyasi sistemimizdə düzgün ziddiyyət, yarış mühiti yarada bilməyəcəyik. Çünki azad və ədalətli seçkilər demokratiyanın zəruri şərtidir. Bəlkə də yetərli şərti deyil, amma vacib şərtidir. Mən yeni heç nə demirəm, beynəlxalq təcrübə, demokratik dövlətlərin təcrübəsi var. Bu təcrübə isə göstərir ki, normal seçkilər olmadan sənin demokratiyan yarımçıq, saxta və qeyri-ciddidir”.
Oskanyan qeyd edib ki, Ermənistan hazırda dünyanın ən çox siyasiləşmiş ölkəsidir: “Siyasət hər yerdədir – vergi xidmətində, məhkəmələrdə, mətbuatda. Hər şey siyasiləşib. Bizdə bütün sahələrdə problemlər var və hətta sosial problemlərin də kökündə siyasət durur. Ona görə də bu problemlərin həlli yolu siyasət meydanında axtarılmalıdır. Onu tapmaq yalnız o halda mümkün olacaq ki, biz düzgün siyasi mexanizmlər müəyyənləşdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR