Bank Of Baku

Moskva ətrafında “Yeni Çerkizov” adlı bazar açılacaq

Moskva ətrafında “Yeni Çerkizov” adlı bazar açılacaq
# 06 avqust 2009 11:35 (UTC +04:00)
Bakı – APA. Avqustun 15-də Moskva ətrafında “Yeni Çerkizov” adlı bazar açılacaq. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, yeni bazar Balaşixada keçmiş avtobil ehtiyat hissələri bazarının yerində tikilib.
“Daşınmaz əmlak bazarı” şirkəti tərəfindən açılan bazarın sahəsi 21 hektar olacaq. Payıza qədər burada 10 min ticarətçiyə yer ayrılacaq, gələcəkdə isə ticarət köşklərinin sayı 20 minə çatdırılacaq.
Şirkətin adının çəkilməsini istəməyən əməkdaşı jurnalistlərə etiraf edib ki, “Yeni Çerkizov” adı qeyri-rəsmidir və diqqəti cəlb etmək üçün düşünülüb. Onun sözlərinə görə, yeni bazarın rəsmi adı “Balaşixa topdan və pərakəndə satış ticarət kompleksi”dir: “Bağlanmış Çerkizov bazarının çinli ticarətçiləri artıq burada 2 min yer alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR