Bank Of Baku

Nikolay Bordyuja: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir üzvünə qarşı təcavüz bütün üzvlərə qarşı təcavüz kimi qiymətləndiriləcək”

Nikolay Bordyuja: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir üzvünə qarşı təcavüz bütün üzvlərə qarşı təcavüz kimi qiymətləndiriləcək”
# 06 avqust 2009 13:06 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.
N.Bordyuja qeyd edib ki, bir il əvvəl Qafqazda baş verənlər güc tətbiqin dövlətlər arasında bu və digər ziddiyyətlərin həllinə aparmadığını bir daha göstərib: “Yalnız sülhpərvər və qarşılıqlı şəkildə tərəflərin qəbul etdiyi qərarlar Qafqazda sülhü təmin edə bilər”.
“Əgər Azərbaycan Dağlıq Qarabağı hərb yolu ilə qaytarmaq istəsə və Azərbaycanla Ermənistan arasında müharibə başlasa, KTMT-nin reaksiyası necə olacaq” sualını cavablandıran N.Bordyuja belə cavab verib: “Kollektiv təhlükəsizlik haqqında müqavilənin 4-cü bəndində deyilir ki, KTMT-nin bir üzvünə qarşı təcavüz təşkilatın bütün üzvlərinə qarşı təcavüz kimi qiymətləndiriləcək. Biz yalnız bunu nəzərə alırıq. Qalanların hamısı yalnız sözlərdir ki, Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb məsələnin həllinə mane olur, xeyir gətirmir. Çox ümid edirəm ki, ATƏT-in Minsk Qrupu, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü münaqişənin sülh yolu ilə həllinə kömək edəcək. Xüsusən Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin Moskva və Sankt-Peterburq şəhərlərində keçirdikləri görüşlər onu təsdiq edir ki, proses gedir və hər bir tərəf Dağlıq Qarabağ probleminin sülh yollu ilə həlli yollarını axtarmağa hazırdır”.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR