Bank Of Baku

Bu gün Rusiya ilə Gürcüstan arasında hərbi qarşıdurmanın ildönümüdür

Bu gün Rusiya ilə Gürcüstan arasında hərbi qarşıdurmanın ildönümüdür
# 07 avqust 2009 07:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanla Rusiya arasındakı hərbi qarşıdurmanın ildönümüdür, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu münasibətlə Gürcüstanda silsilə tədbirlər keçiriləcək.
Ölkə ərazisində bu müharibədə həlak olanların xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan olunacaq, bütün kilsələrdə zənglər çalınacaq.

Gürcüstanın Qori şəhərində təşkil ediləcək tədbirdə müharibədə həlak olan uşaqların şəkilləri nümayiş etdiriləcək, xüsusi hazırlanmış dekorativ divarlarda müharibəni əks etdirən fotoşəkillərin sərgisi olacaq. Eyni zamanda Qori gəncləri 32 metr uzunluğunda Gürcüstan bayrağını Qori qalasında dalğalandıracaq, sonra 2 min nəfər əl-ələ tutub canlı zəncir yaradacaqlar.

Bu gün Gürcüstan parlamenti özünün növbədənkənar iclasını keçirəcək. Parlamentin Rusiya-Gürcüstan müharibəsinə siyasi qiymət verməsi, Gürcüstanın ərazi bütövlüyü uğrunda komissiyanın isə xüsusi bəyanatla çıxış etməsi gözlənilir.

Tədbirlər gecə saat 24.00-da "7 Avqust" Hərəkatının təşkilatçılığı ilə Tiflis şəhərindəki Narınqalada Gürcüstanın birlik rəmzi kimi böyük tonqal yandırılması ilə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR