Bank Of Baku

Rusiyalı politoloq: “Rusiya ilə Gürcüstan arasında yeni müharibə olmayacaq”

Rusiyalı politoloq: “Rusiya ilə Gürcüstan arasında yeni müharibə olmayacaq”
# 07 avqust 2009 15:10 (UTC +04:00)
Moskva. R.Mətləboğlu – APA. “Ötən ilin avqustunda Rusiyanın nümayiş etdirdiyi sərt mövqedən sonra Abxaziya və Cənubi Osetiya problemlərinin hərbi yolla həlli mümkün görünmür”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında MDB Ölkələri İnstitutunun şöbə müdiri Mixail Aleksandrov verib.
Rusiyalı politoloqun fikrincə, Gürcüstanın indiki hakimiyyət dövründə nə Abxaziya və Cənubi Osetiya problemlərinə, nə də Rusiyaya münasibəti dəyişməyəcək. M.Aleksandrov Rusiya ilə Gürcüstan arasında yeni müharibənin olacağına da inanmadığını bildirib: “Yaxın vaxtlarda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin dünya ictimaiyyəti tərəfindən tanınması çətin ki, mümkün olsun. Amma bu məsələ artıq nə onların özləri, nə də Rusiya üçün həlledici əhəmiyyət daşımır. Cənubi Osetiya üçün bu məsələ, ümumiyyətlə, aktual deyil və o, Şimali Osetiya ilə inteqrasiya etməyə hazırlaşır. Abxaziyaya isə Rusiya öz protektoratı kimi baxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR