Bank Of Baku

Rusiya ukraynalı diplomatı ölkədən qovub

Rusiya ukraynalı diplomatı ölkədən qovub
# 10 avqust 2009 15:16 (UTC +04:00)
Bakı – APA. Rusiya ukraynalı diplomatı ölkədən qovub. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, Ukrayna səfirliyinin elçi-müşaviri, siyasi bölmənin rəhbəri İqor Berezkin artıq Moskvanı tərk edib.
Qeyd edək ki, bu addım Rusiyanın Ukraynadakı səfirliyinin müşaviri Vladimir Lısenkonun qovulmasına cavab olaraq atılıb. Diplomatik qalmaqala səbəb isə Rusiyanın Qara dəniz donanması ətrafında yaranmış gərginlik olub. Rəsmi Kiyev hətta Rusiyanın Odessadakı baş konsulu Aleksandr Qraçovu “persona-non-qrata” elan edəcəyini bildirib. Kreml isə bunun qarşılığında Ukraynanın Sankt-Peterburqdakı baş konsulu Natlaya Prokopoviçi qovacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR