Bank Of Baku

Çeçenistanda daha iki hüquq müdafiəçisi qətlə yetirilib

Çeçenistanda daha iki hüquq müdafiəçisi qətlə yetirilib
# 11 avqust 2009 09:32 (UTC +04:00)
Bakı – APA. Çeçenistanda iki hüquq müdafiəçisi qətlə yetirilib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, avqustun 10-da itkin düşmüş “Nəsili xilas edək” adlı qeyri-hökumət gənclər təşkilatının lideri Zarema Sadullayeva və onun həyat yoldaşı Alik Cəbrayılovun meyitləri Qroznıda tapılıb.
Rusiyanın məşhur “Memorial” hüquq-müdafiə təşkilatının Şura üzvü Aleksandr Çerkasov jurnalistlərə bildirib ki, hüquq müdafiəçilərini ofislərindən beş silahlı şəxs çıxarıb. Onlardan iki mülki geyimdə, üçü isə qara paltarda olub. Bir qədər sonra həmin şəxslər ofisə qayıdaraq A.Cəbrayılovun mobil telefonunu və avtomobilini özləri ilə aparıblar. Hüquq-mühafizə orqanlarındakı mənbə isə bildirib ki, ər-arvad onların arxasınca gələn avtomobilə könüllü miniblər.
“Nəsili xilas edək” qeyri-hökumət təşkilatı Çeçenistandakı müharibə zamanı zərər çəkən uşaqlara və onların valideynlərinə yardım etmək məqsədilə yaradılıb. 2005-ci ildə təşkilatın rəhbərlərindən olan Murad Muradov da oğurlanaraq qətlə yetirilmişdi. Bir il sonra isə güc strukturları meyitini ailəsinə təhvil verərək, onun yaraqlılardan biri olduğunu və müqavimət göstərərkən öldürüldüyünü bildirmişdilər.
Qeyd edək ki, bu, son bir ayda Çeçenistanda hüquq müdafiəçisinin qətli ilə bağlı baş verən ikinci hadisədir. İyulun 15-də hüquq müdafiəçisi Natalya Estemirova da oğurlanaraq öldürülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR