Bank Of Baku

Rusiyalı politoloq: “Azərbaycan və Ermənistan arasında müharibə başlasa, Rusiya münaqişə tərəflərindən heç birini dəstəkləməyəcək” - EKSKLÜZİV

Rusiyalı politoloq: “Azərbaycan və Ermənistan arasında müharibə başlasa, Rusiya münaqişə tərəflərindən heç birini dəstəkləməyəcək” - <font color=red>EKSKLÜZİV</font>
# 11 avqust 2009 17:00 (UTC +04:00)
Moskva. R.Mətləboğlu – APA. Moskva Karnegi Mərkəzinin eksperti, məşhur rusiyalı politoloq Andrey Ryabovun APA-ya eksklüziv müsahibəsi

- Qarabağ münaqişəsinin hərbi yolla həlli perspektivini necə görürsünüz? Sülh yolu ilə nizamlama heç bir praktik nəticə vermir – Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş bircə yaşayış məntəqəsini də tərk etməyib, Azərbaycan ərazilərinin işğalı davam edir. Sizə elə gəlmir ki, mümkün müharibə barədə bəyanatlar ümidsizliyin və sülh prosesinin səmərəsizliyinin nəticəsidir?
- Azərbaycanın Rusiyadakı səfirinin Ermənistanın sülhə məcbur olunmasının mümkünlüyü barədə bəyanatı Moskvada böyük rezonans doğurdu. Hazırkı situasiyada müəyyən qədər gərginlik müşahidə olunur. Amma Moskvanın bunu müşahidə etməməsi barədə deyilənlər şişirtmədir. Açığı, mən özüm də 2008-ci ilin noyabrında üç ölkənin prezidentinin imzaladığı Mayndorf bəyannaməsinin imzalanmasından sonra Rusiyanın vasitəçilik missiyasının və cəhdlərinin səmərəliliyi baxımından perspektiv görmürəm. düşünürəm ki, bu, başqa səbəblərlə bağlıdır. Rusiyanın vasitəçilik missiyası hər şeydən əvvəl onunla bağlıdır ki, Moskva uzun illər postsovet məkanında özünü status-kvo derjavası kimi aparıb, yəni SSRİ-nin süqutundan sonra yaranmış vəziyyət və qüvvələr nisbətinin qorunub saxlanmasına çalışıb. Ötən ilki beş günlük müharibədən və Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyinin tanınmasından sonra Rusiya istər-istəməz mövcud vəziyyətin dəyişməsi istiqamətində çalışmağa başladı. Bu isə postsovet məkanındakı münaqişələrə, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinə yeni yanaşmalar tələb edir. Bu mənada Moskva ABŞ, Avropa Birliyi və ATƏT-in Minsk Qrupunun üzvü olaraq ayrıca Fransa kimi digər qlobal güclərlə müqayisədə özünün Cənubi Qafqaz regionunda vəziyyətin dəyişməsində maraqlı olan lider-dövlət rolunu möhkəmləndirmək istəyir. Xüsusi vurğulamaq istəyirəm ki, bu, yalnız Rusiyanın cəhdidir. Bəs bunun üçün resurslar nə qədərdir? Aydındır ki, Rusiya hazırda ciddi iqtisadi böhran keçirir, xarici siyasət üçün resurslar ciddi şəkildə məhdudlaşıb. Eyni zamanda real imkanlarla Qarabağ münaqişəsini həll etmək açıq məsələdir. Burada imkanlarla real olaraq nəyəsə təsir etməkdən daha çox şübhəyə yer var. Ona görə də mənə elə gəlir ki, bu şəraitdəki cəhdlərlə və ya Minsk Qrupu çərçivəsində, eləcə də bundan xaricdə digər vasitəçilərin yeni sülh təşəbbüsləri ilə hansısa irəliləyiş gözləmək əbəsdir.
- Sülh prosesinin perspektivini və müharibənin mümkünsüzlüyünü təsdiq etmək üçün hansı irəliləyişlər baş verməlidir?
- Bu, İrəvanın mövqeyində baş verə biləcək dəyişikliklərdən asılıdır. Ancaq o halda ki, Ermənistanla Türkiyə arasında qarşılıqlı iddiaların tənzimlənməsi prosesində real irəliləyişlərə nail olunsun. Hələlik bütün bunlar münaqişə tərəflərinin mövqeyində dəyişiklik olmadan yaranmış yeni ümid dalğasıdır. Əgər bir müddət sonra münaqişənin xalqları və iştirakçıları sülh prosesindən gözləntilərin şişirdilmiş olduğunu anlasalar, münaqişənin hərbi yolla həllinə tərəfdar olanların mövqeyi güclənə bilər. problem həm də ondadır ki, qlobal güclər, xüsusən ABŞ Cənubi Qafqazın növbəti hərbi münaqişə ocağına çevrilməsində maraqlı deyil. Çünki bu gün qlobal təhlükəsizlik üçün daha ciddi problemlər (Yaxın Şərq, Əfqanıstan, Pakistan, İran) mövcuddur. Fikrimcə, qlobal güclər Ermənistan-Azərbaycan münaqişəsinin hərbi fazaya keçməsinə imkan verməyəcəklər.
- Əgər Azərbaycan Ermənistanla sülh danışıqlarının perspektivsizliyinə inanaraq öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Rusiya münaqişənin əvvəlində olduğu kimi, Ermənistanı birtərəfli şəkildə müdafiə etməyəcək ki? Yoxsa özünü sözün əsl mənasında bitərəf apararaq tərəfləri tezliklə müharibəni başa çatdırmağa çağıracaq və heç bir tərəfə kömək etməyəcək?
- Azərbaycanla Ermənistan arasında mümkün hərbi qarşıdurma Rusiyanın marağında deyil. Çünki bu münaqişədə onun maraqları haçalanır. Bir tərəfdən Ermənistan rəsmi hərbi müttəfiqdir – baxmayaraq ki, son vaxtlar xarici siyasətdə Moskva ilə məsafə saxlamağa çalışır. Digər tərəfdən, Azərbaycan enerji tranziti və enerji daşımaları sahəsində çox vacib tərəfdaşdır. 21-ci əsrdə enerji daşımalarını taleyi indi həll olunur və yaxın bir-iki il ərzində bu məsələlərin həllində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə böyükdür. Təbii ki, Moskva Bakı ilə münasibətlərinin kəskinləşməsində maraqlı olmazdı. Buna görə də Rusiya münaqişənin hərbi müstəvidə həll olunmaması üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Yox, əgər hərbi münaqişə başlayası olsa, Moskva tərəflərdən heç birini birtərəfli şəkildə dəstəkləməyəcək. Çox güman ki, Rusiya siyasətçiləri, diplomatiyası və prezidenti hərbi əməliyyatların tezliklə yekunlaşmasına nail olmaq üçün onlardan asılı olan hər şeyi edəcəklər ki, hansısa nəticəyə nail olsunlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR