Bank Of Baku

İki ay əvvəl sui-qəsd edilmiş İnquşetiya prezidenti səlahiyyətlərinin icrasına başlayıb

İki ay əvvəl sui-qəsd edilmiş İnquşetiya prezidenti səlahiyyətlərinin icrasına başlayıb
# 13 avqust 2009 09:06 (UTC +04:00)
Bakı – APA. İnquşetiya prezidenti Yunusbek Yevkurov səlahiyyətlərinin icrasına başlayıb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Dmitri Medvedev fərman imzalayıb.
Qeyd edək ki, bu il iyunun 22-də Nazran yaxınlığında Y.Yevkurova sui-qəsd edilib. Terrorçu-kamikadze prezidentin kortejinin keçdiyi yolda öz maşınını partladıb. Nəticədə Y.Yevkurovun sürücüsü və mühafizəçilərindən biri həlak olub, onun özü isə ağır yaralanaraq Moskvaya aparılıb. O vaxtdan İnquşetiya prezidentinin səlahiyyətlərini baş nazir Rəşid Qaysanov həyata keçirirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR