Bank Of Baku

Rusiya XİN-də MDB üzvü olan dövlətlərin BMT Baş Assambleyasının 64-cü sessiyası ilə bağlı məsləhətləşmələri keçirilib

Rusiya XİN-də MDB üzvü olan dövlətlərin BMT Baş Assambleyasının 64-cü sessiyası ilə bağlı məsləhətləşmələri keçirilib
# 13 avqust 2009 09:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Moskvada Rusiya Xarici İşlər Nazirliyində MDB üzvü olan dövlətlərin təmsilçiləri arasında BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyinə daxil olan məsələlərlə bağlı məsləhətləşmələr keçirilib. APA-nın Rusiya XİN-in saytına istinadən xəbərinə görə, toplantıda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Azərbaycan və Ukrayna məsləhətləşmələrdə müşahidəçi qismində təmsil olunub.
Tədbirdə MDB üzvü olan dövlətlərin təmsilçiləri sessiyanın gündəliyindəki aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Müzakirə iştirakçıları MDB dövlətlərinin təşəbbüsü çərçivəsində BMT Baş Assambleyası tərəfindən İkinci Dünya Müharibəsinin başa çatmasının 65 illiyi ilə bağlı qətnamə qəbul olunmasının vacibliyini vurğulayıblar.
İşgüzar və konstruktiv şəraitdə keçən müzakirələrdə BMT Baş Assambleyasının 64-cü sessiyasının gedişində MDB üzvü olan dövlətlərin nümayəndə heyətləri arasında müntəzəm təmasların davam etdirilməsi haqda razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR