Bank Of Baku

Rusiyanın baş naziri Vladimir Putin Abxaziyaya səfər edib

Rusiyanın baş naziri Vladimir Putin Abxaziyaya səfər edib
# 13 avqust 2009 10:13 (UTC +04:00)
Bakı – APA. Avqustun 12-də Rusiyanın baş naziri Vladimir Putin Suxumiyə səfər edib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, V.Putin Gürcüstanın separatçı Abxaziya bölgəsinin rəhbərliyi ilə görüşüb və danışıqlar aparıb.
Danışıqlar nəticəsində Rusiya ilə Abxaziya arasında sosial-iqtisadi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən, Rusiya 2010-2011-ci illərdə Abxaziyanın iqtisadi inkişafına kömək məqsədilə 10,9 milyard rubl vəsait ayıracaq.
V.Putin abxaz jurnalistləri ilə söhbətində bildirib ki, Rusiya 2009-cu ildə Abxaziyanın büdcəsinə 2,5 milyard rubl yardım edib, 2010-cu ildə isə Abxaziyanın təhlükəsizliyinin möhkəmləndirilməsi üçün 10 milyard rubl ayıracaq.
V.Putin Suxumidə Abxaziya müxalifətinin liderləri ilə də görüşüb.
Gürcüstan Xarici İşlər Nazirliyi isə Rusiya baş nazirini Abxaziyaya səfər etməklə Gürcüstanın dövlət sərhədini pozduğunu bəyan edib. Rəsmi Tiflis bu səfəri “sovet xüsusi xidmət orqanları stilində təxribat” kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR