Bank Of Baku

Rusiya XİN gürcü jurnalistə viza verməkdən imtina edib

Rusiya XİN gürcü jurnalistə viza verməkdən imtina edib
# 13 avqust 2009 14:56 (UTC +04:00)
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya Jurnalistlərinin Milli İttifaqı (RJMİ) və Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) bu ilin sentyabrında Rusiyanın Daqomıs şəhərində birgə keçirilməsi planlaşdırılan tədbirində iştirak etmək üçün Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyasının (GJMA) prezidentinə viza vermək xahişini rədd edib. Bu barədə APA-ya Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən məlumat verilib.
Avropa İttifaqının dəstəyilə keçiriləcək bu tədbirdə məqsəd Rusiyada son vaxtlar jurnalistlərə qarşı hücumları müzakirə etməkdir. GJMA-nın prezidenti Zviad Poçkua isə məsələ ilə bağlı BJF-nin narahatlığını qeyd edib: “Bu qərar Rusiyada söz azadlığı istiqamətində vəziyyətin nə dərəcədə ağır olmasını bir daha təsdiq etdi. Jurnalistlərin təhlükəsizliyi məsələsi hazırda Rusiya hərbçilərinin nəzarəti altında olan, xüsusilə Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın təmas regionlarında vəziyyət daha həyəcanlandırıcıdır. Qərb jurnalistlərinin bu ərazilərə hərəkət etməsini Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi məhdudlaşdırıb. Gürcüstan jurnalistlərinin bu ərazilərə daxil olmasına, ümumiyyətlə, icazə verilmir”.
GJMA bununla bağlı beynəlxalq təşkilatlara müraciət edərək, xarici və gürcüstanlı jurnalistlərin ərazilərdə sərbəst və təhlükəsiz şəkildə hərəkət etməsinə şərait yaratmaq üçün Rusiya dövlətinə təzyiq göstərməyi tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR