Bank Of Baku

Dağıstanın Buynaqsk şəhərində kütləvi qətliam törədilib

Dağıstanın Buynaqsk şəhərində kütləvi qətliam törədilib
# 14 avqust 2009 08:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Dağıstanın Buynaqsk şəhərində naməlum silahlı şəxslər kütləvi qətliam törədib. APA-nın Rusiya KİV-nə istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları 11 nəfəri güllələyən cinayətkar qrupun axtarışına başlayıb.
Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qruplaşmaya 13-15 nəfər daxil olub. Onlara federal axtarışda olan 1960-cı il təvəllüdlü Nəbi Migitinov adlı şəxs rəhbərlik edib. Hadisə avqustun 13-də axşam saatlarında baş verib. Yaraqlılar əvvəlcə Buynaqskın Manas-Aul kəndi istiqamətindəki milis postuna hücum edərək dörd milis əməkdaşını öldürüblər. Daha sonra onların hədəfi postun yaxınlığındakı sağlamlıq-əyləncə kompleksinin saunası olub. Burada saunanın 7 qadın əməkdaşı öldürülüb, bir nəfər isə yaralanıb.
Hazırda cinayətkarların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR