Bank Of Baku

ABŞ Gürcüstana hərbi təlimatçılar qrupu göndərəcək

ABŞ Gürcüstana hərbi təlimatçılar qrupu göndərəcək
# 15 avqust 2009 08:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ Gürcüstana hərbi təlimatçılar qrupu göndərəcək. APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən xəbərinə görə, məqsəd Gürcüstan Silahlı Qüvvələrinin sülhməramlı taborunu Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (İSAF) tərkibində xidmət keçməyə hazırlamaqdır.
Dövlət Departamentinin rəsmi təmsilçisinin müavini Filip Krouli gündəlik mətbuat konfransında bildirib ki, avqustun 15-dən başlayaraq ABŞ dəniz piyadalarından ibarət qrupun Gürcüstana göndərilməsinə başlanacaq: “Əfqanıstana göndəriləcək Gürcüstan batalyonunun hazırlıqları isə sentyabrın 1-dən başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR