Bank Of Baku

Rusiya prezidenti Dmitri Medvedev İnquşetiyanın daxili işlər nazirini istefaya göndərib

Rusiya prezidenti Dmitri Medvedev İnquşetiyanın daxili işlər nazirini istefaya göndərib
# 17 avqust 2009 16:40 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev İnquşetiyanın daxili işlər naziri Ruslan Meyriyevi vəzifəsindən azad edib. APA-nın Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə D.Medvedev Həştərxanda keçirdiyi müşavirədə bildirib.
Rusiya prezidenti qərarını bu gün səhər İnquşetiyanın paytaxtı Nazranda baş vermiş terror aktı ilə əsaslandırıb. O, Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyevə bu hadisə ilə daxili təhqiqat aparmağı, durumun nəzarət altına alınması və İnquşetiya DİN-in kadr tərkibinin gücləndirilməsi üçün təkliflər hazırlamağı tapşırıb.
D.Medvedevin fikrincə, Nazranda baş vermiş hadisə İnquşetiya hüquq-mühafizə orqanlarının qeyri-kafi işinin nəticəsidir: “Bu terror aktının qarşısını almaq olardı. Milis insanları qorumalı və özünü müdafiə etməyi bacarmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR