Bank Of Baku

Sabahdan Moskvadakı “Çerkizov” bazarının sökülməsinə başlanır

Sabahdan Moskvadakı “Çerkizov” bazarının sökülməsinə başlanır
# 17 avqust 2009 16:55 (UTC +04:00)
Bakı – APA. Avqustun 18-dən Moskvadakı məşhur “Çerkizov” bazarının sökülməsinə başlanacaq. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Moskvanın Şərq inzibati dairəsinin prefekturasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bazarı idarə edən “Vernisaj v İzmaylovo” MMC bazardan malların daşınmasını başa çatdırıb və öz ticarət köşklərini könüllü şəkildə sökməyə razılıq verib.
Qeyd edək ki, külli miqdarda qaçaqmal aşkarlanan “Çerkizov” bazarı bu il iyunun 29-da bağlanıb. Buna səbəb kimi sanitar və yanğın normalarının pozulması göstərilib. Sonradan bazarın birdəfəlik bağlandığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR