Bank Of Baku

Rusiyada su-elektrik stansiyasında baş verən qəza nəticəsində 12 nəfər ölüb, 66 nəfər itkin düşüb

Rusiyada su-elektrik stansiyasında baş verən qəza nəticəsində 12 nəfər ölüb, 66 nəfər itkin düşüb
# 18 avqust 2009 07:09 (UTC +04:00)
Bakı-APA. Rusiya Federasiyasının Xakasiya Respublikasında Sayan-Şuşensk Su Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. APA-nın məlumatına görə, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu qəza yerindən 12 nəfərin cəsədinin tapıldığını bildirib. Daha 11 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Nazir 66 nəfərin taleyinin naməlum olduğunu deyib. Ümumilikdə qəzanın baş verdiyi maşın şöbəsində 89 nəfər olub. Fövqəladə Hallar Nazirliyinin briqadaları hadisə yerində axtarışları davam etdirir. Xilasetmə əməliyyatlarına ümumilikdə 1200-dən artıq şəxs cəlb olunub. Qeyd edək ki, Yenisey çayı üzərində yerləşən SES-in üçüncü və dördüncü su anbarlarında baş verən qəzalar nəticəsində SES-in fəaliyyəti dayanıb. Sayansk və Xakas alüminium zavodlarının fəaliyyətində fasilə yaranıb, SES-in bir neçə obyektini su basıb. Sayan-Şuşensk SES Rusiyanın ən güclü SES-idir. Onun gücü 6,7 giqavattdır. SES-in fəaliyyətinin bərpası üçün bir neçə ay tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR