Bank Of Baku

Rusiyada 3 inkassator güllələnib, 4 milyon rubl oğurlanıb

Rusiyada 3 inkassator güllələnib, 4 milyon rubl oğurlanıb
# 18 avqust 2009 07:46 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Tver vilayətində inkassator maşını silahlı hücuma məruz qalıb. APA-nın “İTAR-TASS”a istinadən xəbərinə görə, hadisə Kimrı şəhərində baş verib.
Troitskaya küçəsində maskalı silahlılar inkassator maşınına hücum ediblər. Onlar maşında olan üç mühafizəçiyə atəş açıblar və inkassatorda olan 4 milyon rubl pulu oğurlayıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. həkimlərin səylərinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR