Bank Of Baku

Moskvada azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Çerkizov” bazarının sökülməsinə başlanıb

Moskvada azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Çerkizov” bazarının sökülməsinə başlanıb
# 18 avqust 2009 11:21 (UTC +04:00)
Bakı – APA. Bu gün Moskvadakı məşhur “Çerkizov” bazarının sökülməsinə başlanılıb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Moskvanın Şərq inzibati dairəsinin prefekturasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bazarı idarə edən “Vernisaj v İzmaylovo” MMC bazardan malların daşınmasını başa çatdırıb və öz ticarət köşklərini könüllü şəkildə sökməyə razılıq verib. MMC-nin direktoru Aleksandr Uşakov bildirib ki, hər gün 20 ticarət köşkü sökməklə işi başa çatdırmağa çalışacaqlar. Ümumilikdə 700 pavilyonun sökülməsinə 100 milyon rubl xərclənəcək.
Qeyd edək ki, “Çerkizov” bazarı qeyri-rəsmi olaraq məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsusdur. Külli miqdarda qaçaqmal aşkarlanan bazar bu il iyunun 29-da bağlanıb. Buna səbəb kimi sanitar və yanğın normalarının pozulması göstərilib. Sonradan bazarın birdəfəlik bağlandığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR