Bank Of Baku

Gürcüstan Xarici İşlər Nazirliyi: “MDB ölkələri ilə ikitərəfli əməkdaşlığı davam etdirəcəyik”

Gürcüstan Xarici İşlər Nazirliyi: “MDB ölkələri ilə ikitərəfli əməkdaşlığı davam etdirəcəyik”
# 18 avqust 2009 12:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Gürcüstan MDB-yə üzv ölkələrlə ikitərəfli əməkdaşlığı gələcəkdə də dostluq və qarşılıqlı əməkdaşlıq, suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və dövlətlərin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn tanınmış hüququ və normaları əsasında davam etdirmək niyyətindədir”. Bu barədə APA-ya Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Gürcüstan bu gündən etibarən MDB-də iştirakını rəsmən dayandırsa da, beynəlxalq müqavilələr haqqında 1969-cu il Vyana Konvensiyasının müddəalarına əsasən 75 çoxtərəfli sazişin iştirakçısı olaraq qalır və bu sazişlərdə iştirak MDB-yə üzvlüdən asılı deyil. Bu sazişlərə sırasında MDB ölkələri vətəndaşlarının vizasız hərəkəti haqqında saziş, azad ticarət zonasının yaradılması haqqında saziş, mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı yardım haqqında konvensiya və s. daxildir.
Qeyd edək ki, ötən il avqustun 14-də Gürcüstan parlamenti ölkənin MDB-dən çıxması barədə qərar qəbul edib, 4 gün sonra isə ölkənin Xarici İşlər Nazirliyi bu barədə MDB İcraiyyə Komitəsinə müvafiq nota göndərib. MDB Nizamnaməsinin 9-cu bəndinə əsasən bu qurumda üzvlüyə rəsmi qərar qəbul olunduqdan 12 ay sonra xitam verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR