Bank Of Baku

Moskva hökuməti: “Çerkizov bazarının tam sökülməsinə dörd il vaxt lazımdır”

Moskva hökuməti: “Çerkizov bazarının tam sökülməsinə dörd il vaxt lazımdır”
# 19 avqust 2009 07:42 (UTC +04:00)
Moskva-APA. Çerkizov bazarında dünəndən başlanan sökülmə prosesi simvolik xarakter daşıyır. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, Moskva hökumətinin istehlak bazarı departamentindən bildiriblər ki, bazarın tam sökülməsinə dörd il vaxt lazımdır. Hazırda bazardan malların çıxarılması prosesi davam edir. Qeyd edək ki, Çerkozov bazarı qaçaqmal aşkarlanması səbəbilə iyunun 29-da bağlanıb. Hökumət əvvəlcə bu addımın müvəqqəti xarakter daşıdığını bildirsə də, sonradan bazarın birdəfəlik bağlanmasına qərar verilib. Bazarın bağlanması nəticəsində 100 min nəfərə yaxın şəxs işsiz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR