Bank Of Baku

Rusiyalı generalı qətlə yetirən terrorçular Mahaçkalada zərərsizləşdirilib

Rusiyalı generalı qətlə yetirən terrorçular Mahaçkalada zərərsizləşdirilib
# 20 avqust 2009 09:19 (UTC +04:00)
Mahaçkala-APA. Mahaçkalada keçirilən xüsusi əməliyyat zamanı qanunzus silahlı birləşmələrin üç üzvü öldürülüb, bir nəfər isə yaralı ələ keçirilib. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları öldürülən terrorçuların şəxsiyyətini müəyyənləşdiriblər. Bunlar Eldar Qaydarov Rüstəm Porsukov və Əbdüləzim Arslanovdur. İstintaqın versiyasına görə, adı çəkilən şəxslər ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin general-mayoru Valeri Lipinskinin öldürülməsində iştirak ediblər. Bundan başqa öldürülən terrorçulardan Eldar Qaydarovun “Dağıstan əmiri” Umalat Maqomedovun köməkçisi olduğu müəyyənləşib.
Xatırladaq ki, general Lipinski dekabrın 29-da şəxsi avtomobilində naməlum şəxslərin açdığı atəş nəticəsində dünyasını dəyişib. Silahlıların hücumu zamanı generalın həyat yoldaşı və maşında olan şəxslərdən biri ağır yaralanıb. General Lipinskinin öldürüləmsinə görə məsuliyyəti öz üzərinə “Şəriat” terrorçu qruplaşması götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR