Bank Of Baku

Moldovada NATO-ya üzvlüklə bağlı referendum keçirilməsi planlaşdırılır

Moldovada NATO-ya üzvlüklə bağlı referendum keçirilməsi planlaşdırılır
# 20 avqust 2009 10:09 (UTC +04:00)
Kişinyov-APA. Moldova parlamentində say çoxluğuna malik hakim koalisiya ölkənin NATO-ya inteqrasiyası təklifini referenduma çıxarmaq niyyətindədir. APA-nın məlumatına görə, hakim koalisiyanın bu niyyətini Moldova Liberal-Demokrat Partiyasının lideri Vlad Filat açıqlayıb. Parlamentin spikeri postuna ən şanslı namizəd hesab olunan Vlad Filat bildirib ki, hakim koalisiya yaxın illər ərzində ölkənin NATO-ya üzvlüyü ilə bağlı təklifi referenduma çıxarmağı planlaşdırır. Referenduma kimi isə koalisiya ictimaiyyət arasında bu təklifin dəstəklənməsi istiqamətində təbliğat işi aparacaq. Xatırladaq ki, hakim koalisiyada təmsil olunan dörd partiyadan yalnız biri – Demokrat Partiyası Moldovanın MDB-nin tərkibində qalmasına tərəfdardır. Vlad Filat MDB-ni “ölü doğulmuş institut” adlandırıb. Xatırladaq ki, MDB dövlət başçılarının növbəti sammiti oktyabrda Kişinyovda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR