Bank Of Baku

Rusiyanın Stavropol vilayətindən ruslarla darginlər arasında kütləvi dava baş verib, bir nəfər öldürülüb

Rusiyanın Stavropol vilayətindən ruslarla darginlər arasında kütləvi dava baş verib, bir nəfər öldürülüb
# 20 avqust 2009 10:20 (UTC +04:00)
Bakı – APA. Avqustun 20-nə keçən gecə Rusiyanın Stavropol vilayətinin kəndlərindən birində atışma ilə müşayiət olunan kütləvi dava baş verib. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, nəticədə bir nəfər həlak olub.
Şpakovsk rayonunun Pleqiada kəndində baş verən kütləvi davada ruslar və darginlər iştirak edib. Dava iştirakçılarının sayı 300-ə çatıb. Onların arasında hüquq-mühafizə orqanlarının işçiləri də olub. Məişət zəminində baş verən əlbəyaxa davada silah işlədilib. Nəticədə darginlərdən biri həlak olub.
Rusiya mətbuatı Stavropol vilayətində etnik zəmində qarşıdurmaların artdığını bildirərək, bu davanın məişət zəminində baş verməsini şübhə altına alır. Qeyd olunur ki, vilayətdə məişət millətçiliyinin və ksenofobiyanın artması nəticəsində qeyri-slavyan millətindən olan vətəndaşların öldürülməsi faktları artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR