Bank Of Baku

Ukrayna XİN ölkə vətəndaşlarını Abxaziya və Cənubi Osetiyaya getməməyə çağırıb

Ukrayna XİN ölkə vətəndaşlarını Abxaziya və Cənubi Osetiyaya getməməyə çağırıb
# 20 avqust 2009 12:26 (UTC +04:00)
Bakı – APA. Ukrayna Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Abxaziya və Cənubi Osetiyaya getməməyə, xüsusən bu separatçı bölgələrə Rusiya ərazisindən daxil olmamağa çağırıb. APA-nın “Ukrainskiye novosti”yə istinadən xəbərinə görə, bu tövsiyə Gürcüstanda qəbul edilmiş “İşğal olunmuş ərazilər haqqında” qanunla əlaqədardır.
Gürcüstan parlamentinin qəbul etdiyi yeni qanuna görə, xarici ölkələrin vətəndaşları Abxaziyaya yalnız Zuqdidi bələdiyyəsinin ərazisindən, Cənubi Osetiyaya isə Qori bələdiyyəsinin ərazisindən daxil ola bilərlər.
Ukrayna XİN-in bəyanatında deyilir ki, Gürcüstan qanunvericiliyi Abxaziya və Cənubi Osetiyada iqtisadi fəaliyyət göstərməyi, beynəlxalq hava, dəniz və dəmir yolu nəqliyyatı ilə hərəkəti və yükdaşımalarını qadağan edir.
Qeyd edək ki, Belarus və Azərbaycandan sonra Ukrayna öz vətəndaşlarına analoji müraciət edən üçüncü ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR