Bank Of Baku

Ukrayna Rusiyadan aldığı qazın həcmini iki dəfədən çox azaldacaq

Ukrayna Rusiyadan aldığı qazın həcmini iki dəfədən çox azaldacaq
# 20 avqust 2009 13:31 (UTC +04:00)
Bakı – APA. Ukrayna 2010-cu ildə Rusiyadan aldığı qazın həcmini 25 milyard kub metrə qədər azaldacaq. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Yuliya Timoşenko açıqlama verib.
Baş nazir qeyd edib ki, Ukrayna tədricən qazı alternativ yanacaq növləri, o cümlədən kömürlə əvəz etməyi planlaşdırır. Dünya maliyyə böhranına qədər Ukrayna 69-75 milyard kub metr qaz istehlak edirdi ki, bunun da 55 milyardını Rusiyanın “Qazprom” şirkətindən alırdı. Timoşenkonun sözlərinə görə, 2009-cu ildə Kiyev “Qazprom”dan 33 milyard kub metr qaz alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR