Bank Of Baku

Dağıstanda milis şöbəsi və administrasiya rəhbərinin evi atəşə tutulub

Dağıstanda milis şöbəsi və administrasiya rəhbərinin evi atəşə tutulub
# 21 avqust 2009 08:10 (UTC +04:00)
Bakı – APA. Dağıstanın Serqokalinsk rayonunda Daxili İşlər Şöbəsinin binası və rayon administrasiyası rəhbərinin evi atəşə tutulub. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, əvvəlcə administrasiya rəhbəri Kamil Əbdürəzaqovun evi hədəf olub.
K.Əbdürəzaqov dərhal milisə zəng edərək patrul çağırıb. Patrul milis şöbəsini tərk etmək istərkən DİŞ-in binası da atəşə tutulub.
Atışma nəticəsində zərərçəkən olmayıb. Basqınçılar gizlənməyə müvəffəq olublar. Onların axtarışına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR