Bank Of Baku

Özbəkistan və ABŞ hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

Özbəkistan və ABŞ hərbi əməkdaşlıq haqqında saziş imzalayıb
# 21 avqust 2009 09:29 (UTC +04:00)
Bakı – APA. Özbəkistan və ABŞ arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, saziş bu sahədə maarifləndirici mübadilə və treninqlərin keçirilməsini nəzərdə tutur.
Saziş ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Devid Petreusun Özbəkistana səfəri zamanı imzalanıb. Rəsmi informasiyaya görə, amerikalı generalın Özbəkistan prezidenti İslam Kərimovla görüşündə Özbəkistan-ABŞ münasibətlərinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Ehtimal olunur ki, danışıqlarda ABŞ aviabazasının Özbəkistana mümkün dönüşü də müzakirə mövzusu olub.
Qeyd edək ki, Xanabad aerodromunda yerləşən ABŞ aviabazası 2005-ci ildə Özbəkistanın Əndican şəhərində baş verən qanlı hadisələrdən sonra Vaşinqtonun Daşkəndi sərt tənqid etməsi səbəbindən bağlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR