Bank Of Baku

Gürcüstanın iqtisadi inkişaf naziri istefaya göndərilib

Gürcüstanın iqtisadi inkişaf naziri istefaya göndərilib
# 21 avqust 2009 12:40 (UTC +04:00)
Tiflis-APA. Gürcüstanın baş naziri Nika Gilauri iqtisadi inkişaf naziri Laşa Jvaniyanı istefaya göndərib. APA-nın məlumatına görə, baş nazir bu addımını iqtisadi inkişaf nazirinin öz fəaliyyətini digər nazirliklərlə əlaqələndirmək istəməməsi ilə əlaqələndirib: “Bir sözlə, iqtisadi inkişaf nazirinin fəaliyyətindən narazıyam. Bununla bağlı həm Jvaniya, həm də prezidentlə söhbət elədim. Bu səbəbdən Jvaniya postunu tərk etməli olacaq. Onun yerinə namizədin adını iki həftə ərzində açıqlayacağam”. Laşa Jvaniya isə baş nazirlə aralarındakı problemin Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərini rəsmiləşdirmək məsələsində yarandığını bildirib: “Ölkədə iqtisadi böhran yarandığını olduğunu nəzərə alaraq mən bu sənədlərin tezliklə rəsmiləşdirilməsini istəyirdim, Nika Gilauri isə vaxt uzadırdı”. Qeyd edək ki, Laşa Jvaniya 2008-ci il dekabrın 10-da iqtisadi inkişaf naziri təyin olunub. O bundan əvvəl Gürcüstanın İsraildəki səfiri vəzifəsində çalışıb, 2003-2005-ci illərdə isə xarici işlər nazirinin müavini olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR