Bank Of Baku

Ermənistan polisinin rəis müavininin qatilləri həbs olunub

Ermənistan polisinin rəis müavininin qatilləri həbs olunub
# 21 avqust 2009 14:57 (UTC +04:00)
Bakı – APA. Ermənistan polisinin (Daxili İşlər Nazirliyinin) rəis müavini Gevorq Mqeryanın qatilləri həbs olunub. APA-nın “Armtoday”ə istinadən xəbərinə görə, bu bəyanatla Ermənistan polisinin rəhbəri Alik Sarqsyan bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.
A.Sarqsyan bu qətlin üstünün açılmasını “uzun və əzablı proses” adlandırıb.
Qeyd edək ki, G.Mqeryan 2008-ci ilin fevralında yaşadığı binanın qarşısında qətlə yetirilib. Naməlum şəxslər ona bir neçə atəş açıblar. Nəticədə nazir müavini təcili tibbi yardım gələnə qədər dünyasını dəyişib.
Ermənistanda nəşr olunan “Qraparak” qəzeti etibarlı mənbələrə istinadən G.Mqeryanın qətlində İgityan qardaşlarının təqsirləndirildiyini yazıb. Qəzet bildirir ki, qardaşlardan Levon artıq həbs olunub. İstintaq orqanları günahını sübut edə bilməsələr də, onu həbsdə saxlamaqda davam edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR