Bank Of Baku

Rusiyanın ən iri su elektrik stansiyasında baş verən qəzada ölənlərin sayı 64-ə çatıb

Rusiyanın ən iri su elektrik stansiyasında baş verən qəzada ölənlərin sayı 64-ə çatıb
# 22 avqust 2009 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Rusiyanın Sayano-Şuşensk su elektrik stansiyasında (SES) baş verən qəzada həlak olanların ümumi sayı 64 nəfərə çatıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış operativ gərargahdan bildirilib. Hazırda qəza xidməti işçiləri suyu maşın zalından nasoslarla çəkərək 310 və 55 metr səviyyələrinə çatıb: «Hazırda 310 və 55 metr səviyyələrinə çatmışıq. Artıq 64 nəfərin cəsədi tapılıb, 11-nin isə axtarışları davam edir».

Qeyd edək ki, Sayano-Şuşensk SES-də qəza avqustun 17-də səhər saatlarında baş verib. Nəticədə, SES-in maşın zalı və zalın altında yerləşən ərazini su basıb. SES-də yerləşən 10 hidroaqreqatdan 3-ü tam sıradan çıxıb, daha ikisi isə zədələnib. Hazırda SES-in fəaliyyəti dayandırılıb. İlkin fikrilərə əsasən, SES-in bərpası üçün 4 il tələb olunacaq. Stansiyada baş verən qəzanın səbəbləri hələ də müəyyənləşdirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR